12 C
Baku
Friday, March 29, 2024

Rəqəmsal türk lirəsinin sınaq mərhələsi başlayır

2023-cü ildə Türkiyədə blokçeyn əsaslı rəqəmsal mərkəzi bank pulları tətbiq olunacaq. Bununla bağlı, rəqəmsal türk lirəsinin ödəniş vasitəsi kimi istifadəsi ilə bağlı sınaqlar başlayacaq.

Banker.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının “2023-cü il üçün İllik Proqramın təsdiq edilməsi haqqında Qərarı” Rəsmi Qəzetdə dərc edilərək qüvvəyə minib. Qərara görə, Türkiyə Mərkəzi Bankının Rəqəmsal Türk Lirəsi Araşdırma və İnkişaf Layihəsinin ikinci mərhələsinin pilot nəticələrinə uyğun olaraq, ödənişlər üçün rəqəmsal türk lirəsinin istifadəsi ilə bağlı sınaqlar başlanacaq.

Araşdırma və İnkişaf Layihəsi çərçivəsində rəqəmsal türk lirəsi sistemlərinin rəqəmsal şəxsiyyət vəsiqəsi və FAST sistemləri ilə inteqrasiya işləri tamamlanacaq.

Ümumilikdə, rəqəmsal valyuta işləri çərçivəsində banklarla araşdırma, təkmilləşdirmə və sınaq fəaliyyətləri həyata keçiriləcək.

Son xəbərlər
Digər xəbərlər