12 C
Baku
Saturday, November 23, 2024

Rəqabət formaları – Yüksək rəqabət sektorun mənfəətliyini məhdudlaşdırır

Mövcud rəqiblər arasında rəqabət qiymət endirimlərinin tətbiqi, reklam kampaniyaları və xidmətdəki irəlləyişlər də daxil olmaqla bir çox formalarda baş verə bilər. Yüksək rəqabət sektorun mənfəətliyini məhdudlaşdırır. Rəqabətin sektordakı mənfəəət potensialını azaltma dərəcəsi ilk növbədə onun şiddət və bünövrəsindən aslıdır. Rəqabətin şiddəti aşağıdakı hallarda maksimumuma çatır :

1.Rəqiblərin sayı çoxdur, ölçü və güc baxımından demək olar ki, eyni səviyyədədirsə. Bu halda rəqiblər qanunları tapdamağa belə gedə bilərlər. Sektorda lider olmayanda onun üçün arzuolunan praktikalar reallaşa bilmir.

2.Sektorda artım ləngdirsə. Ləng artım bazar payı uğrunda mübarizələrə səbəb ola bilər.

3.Çıxış baryerləri yüksəkdirsə. Çevrəyə daxilolma (giriş) baryerlərinin əksiolan çevrədən, çıxış baryerləri şirkətin aktivləri bir istiqamətdə çox ixtisaslaşdırdığı və ya rəhbərliyin müəyyən bir biznesə daha çox yönləndirildiyi vəziyyətlərdə yaranır. Bu baryerlər şirkətlərin gəliri az və ya mənfiyə yönləndiyi hallarda da onları bazardan çıxmağa qoymur. Artıq istehsal gücündən istifadə davam edir və zəif rəqiblər fəaliyyətə davam etdikcə sağlam rəqiblərin mənfəətliyi aşağı düşür.

4.Rəqiblər biznesə olduqca çox bağlıdırsa və liderliyi ələ almağa həvəslidirsə, xüsusən özləri üçün müəyyən bir sektorda iqtisadi performansı aşan hədəflər təyin ediblərsə. Bir biznesə bağlılıın böyük olmasının bir çox səbəbləri ola bilər. Məsələn, dövlət mülkiyyətində olan
rəqiblər məşğulluğun və ya prestijin artırılması kimi hədəflərə malik ola bilərlər. İri şirkətlərin bölmələri imiclərini qorumaq və ya tam seçimli xidmət təkilf etmək üçün hər hansı bir sektorda fəaliyyət göstərə bilər. Media və yüksək texnologiyalar kimi sahələrdə şəxsiyyət və ego qarşıdurmaları bəzən mənfəətliliyin zərərinə olsa da artır.

Şirkətlər bir-birini yaxşı tanımadığına, rəqabətə fərqli formada yanaşdığına və müxtəlif hədəflərə malik olduğuna görə bir-birinin siqnallarını başa düşmürlər.

Rəqabətin gücü təkcə onun şiddəti ilə yox, həm də bünövrəsi ilə ölçülür. Rəqabətin meyarlarının və rəqiblərin eyni meyarlar uğrunda rəqabət aparmaq üçün bir-birinin fəaliyyətinə yaxınlaşmasının mənfəətliliyə ciddi təsiri var.

Rəqabət təkcə qiymətə əsaslananda xüsusi ilə mənfəətlilik üçün destruktiv
xarakterli olur, çünki qiymət uğrunda rəqabət zamanı sektordan daha çox
müştərilər mənfəət qazanır. Qiymətlərin azaldılmasını sezmək və təkrarlamaq
rəqiblər üçün adətən asan olur. Burada davamlı rəqabət həm də müştərilərin
məhsuldakı xüsusiyyətlərə və xidmətlərə daha az diqqət yetirməsinə gətirib
çıxarır.

Qiymətdən başqa digər göstəricilər əsasında aparılan rəqabət,- məsələn məhsul xüsusiyyətləri, dəstək xidmətləri, təhvil vermə vaxtı, yaxud brend imici adətən mənfəətliliyi azalda bilmir, çünki onlar müştərilərə qazandırılan dəyəri yaxşılaşdırır və yüksək qiymətləri dəstəkləyir. Bununla yanaşı, belə göstəricilər əsasında aparılan rəqabət əvəzləyici məhsullarla müqayisədə dəyəri artıra, yaxud yeni rəqiblərin qarşısını kəsən baryerləri yüksəldə bilər. Qeyri-qiymət rəqabəti bəzən sektor mənfəətliliyini də sarsıdan səviyyələrə qədər yüksəlsə də, bunun başvermə ehtimalı qiymət rəqabətindəki kimi yüksək deyil.

Rəqibin eyni göstəricilər arasında rəqabət aparıb-aparmaması rəqabətin göstəriciləri qədər əhəmiyyətlidir. Rəqiblərin hamısı və ya əksəriyyəti eyni ehtiyyacları ödəməyi, yaxud eyni xüsusiyyətlər uğrunda rəqabət aparmağı qarşısına məqsəd qoyduqda “Cəmi sıfır olan rəqabət” yaranacaq. Yəni bu halda bir şirkətin qazancı digərinin itkisi hesabına başa gələcək ki, bu da mənfəətliliyi aşağı salacaq. Qiymət rəqabəti qeyri-qiymət rəqabətindən daha böyük risk daşıyır, lakin şirkətlər öz aşağı qiymətli təklifləri ilə müxtəlif müştəriləri hədəfləyərək, bazalarını seqmentləşdirməyə diqqət ayırmasa, vəziyyət başqa cür ola bilər.

Rəqabət həm də sektorun ortalama mənfəətliliyini artıran (cəmi müsbət olan) şəkildə ola bilər. Bu şərtlə ki, hər bir rəqib müxtəlif müştəri kateqoriyalarının ehtiyyaclarına qiymət, məhsul, xidmət, xüsusiyyət və brend şəxsiyyətinin müxtəlif qarışıqları ilə müraciət etməyi qarşısına məqsəd qoysun. Bu cür rəqabət təkcə ortalama mənfəəətliliyi yüksəltməklə kifayətlənmir, həm də daha çox müştəri qrupunun ehtiyyaclarını daha yaxşı ödədiyindən əhatəsini genişləndiririr. Cəmi müsbət olan rəqabətlərə, adətən, müxtəlif müştəri qruplarına xidmət edən sektorlarda daha çox rast gəlinir. Strategiyanı işləyən mütəxəssislər rəqabətin dayaqlarını aydın şəkildə başa düşməklə rəqabətin xarakterini daha yaxşı istiqamətə dəyişdirmək üçün addımlar ata bilirlər.

Son xəbərlər
Digər xəbərlər