17 C
Baku
Monday, April 29, 2024

Rəqib kütləsi içərisində necə fərqlənmək olar?

Müştəri üzərində bir növ mübahisələrin hökm sürdüyü bir zamanda rəqib kütləsi içərisində ləqayətlə fərqlənməyin bir neçə üsulu vardır.

Yaxşı qiymət: Qiymət hesabına rəqabət aparmaq artıq heç bir variant qalmadıqda istifadə edilməli bir üsuldur və nadir hallarda bu varianta müraciət etmək məsləhətdir. Bunun üçün ən uyğun zaman ən aşağı qiymət ilə rəqabət aparmağa qadir olduğunuz haldır. Lakin unutmaq lazım deyil ki, biznesdə 99% üçün qiymətlə oyun effektiv deyil. Ən aşağı qiymət yalnız bir biznesmendə ola bilər, yerdə qalan digərləri üçün isə bu variant istehlakçı dəyəri yaratmayacaq. Beləliklə, istənilən halda dəyər qatmalı olacaqsınız.

Məhsul və yaxud xidmətin hər hansı cəhətinin digərlərindən daha üstün olması: Bu əsl dəyərdir! Məhsul və xidmətlərinizi nəzərdən keçirin və müştəri üçün vacib olan cəhəti müəyyən edin. Məsələn, məhsulun vaxtında ünvana çatdırılması çox vacibdir. Bəziləri üçün bu amil sözün əsl mənasında kritik xarakter daşıyır.

Məhsulun ümumilikdə ən yaxşı keyfiyyəti: Əgər bazardakı ən keyfiyyətli məhsula sahibsinizsə, müştərilər özləri sizi seçəcək. Bu təqribən aşağı qiymətdə olduğu kimidir: marketinqlə, reklamla, məhsulun tanıtımı ilə məşğul olmaya da bilərsiniz. Burada vacib olan yeganə nüans biznesin bu imkana sahib olacağı günə qədər yaşamasıdır. Məhsulunuzun şöhrətinin yayılması üçün isə, utanmadan, çəkinmədən onun haqqında danışmaq, məhsulun nəyə qadir olduğunu göstərmək və “Ən keyfiyyətli məhsul bizdədir!” iddiasını sübut etməkdir.

Məhsul çeşidinin geniş olması: Məhsul çeşidinin geniş olması müştərinin zamanına qənaət etməyə və riskləri azaltmağa xidmət edir. Alış-veriş etmək özü bir zəhmət və məsuliyyətdir. Əgər müştərilərin həyatını asanlaşdıra bilirsinizsə – bu əladır! Onlara zamanlarına necə qənaət edəcəyinizi izah edin.

İnnovativ təkliflər: İnnovasiya – bazarda tələbat olan məhsulların və yaxud proseslərin effektivliyini keyfiyyətli şəkildə artırmağı təmin edən yeniliyin yaradılmasıdır. Sizin belə bir yeniliyiniz var? Müştərilər üçün başqalarının etmədiyini siz artıq edirsiniz? Rəqiblərin ilk növbədə həsəd apardıqları amil məhz budur və özlüyündə ən parlaq rəqabət amili rolunu oynayır.

Məsləhət və prestij: Məsləhət görmək – ticarətin güclü təkanverici qüvvəsidir. Bizlərdən hər birimiz məsləhətlərə etibar edirik. İstənilən məsləhətlərə. Hətta doğru olmasalar belə… Bu səbəbdən də digər şirkətlərin məhsulunuz haqqında deyilən xoş məramlı etirafları toplayın və lazım gəldikdə müştərilərə təqdim edin. Yeri gəlmişkən, mənfi xarakterli rəylərin olmaması özü şirkət haqqında deyilmiş bir tərifdir. Əsas olan onlardan istifadə etməyi unutmamaqdır. Müştərilərə digərlərin haqqınızda mənfi rəylər bildirmədiyi faktını çatdırın.

Son xəbərlər
 ⁠
Digər xəbərlər