5 C
Baku
Saturday, December 14, 2024

Rəşad Nəbiyev: Bir ildə Azərbaycanın hava məkanı ilə 18 min tranzit uçuş olub

“Azərbaycan Hava Yolları”nın “Azaraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (AZANS) vaxtında həyata keçirdiyi tədbirlər sayəsində Avropadan Asiyaya reyslər alternativ marşrutlar üzrə təhlükəsiz yerinə yetirilir ki, bu da bizə qonşu regionlarda geosiyasi gərginlik şəraitində etibarlı hava dəhlizini saxlamağa imkan verir.

Bunu Bakıda keçirilən Ümumdünya Aeronaviqasiya Sammitində çıxışı zamanı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

O bildirib ki, yüksək səviyyəli aeronaviqasiya xidmətlərinin göstərilməsi və onun əsas hava marşrutlarının kəsişməsində yerləşməsi sayəsində 2021-ci ildən Azərbaycanın hava məkanı ilə tranzit daşınması 3.5 dəfə artaraq ayda təxminən 18 min tranzit uçuş təşkil edib.

AZANS tərəfindən idarə olunan hava məkanından dünyanın demək olar ki, bütün aparıcı aviaşirkətlərinin daxil olduğu 209 müxtəlif hava məkanı şirkəti istifadə edir ki, bu da Azərbaycanın aviasiya imkanlarına olan inam və etibarın göstəricisidir.

“Diqqət çəkən vacib məqam odur ki, Azərbaycanın öz torpağı və səması üzərində suverenliyinin yenidən bərpa etməsi AZANS-a ölkə ərazisində hava hərəkətinə hərtərəfli şəkildə nəzarət etmək imkanı verib.

Bu mühüm inkişaf, işğal olunmuş ərazilərin azad edilməsi əməliyyat səmərəliliyini artırmaqla yanaşı, həm də Azərbaycan sərhədləri daxilində aviasiya üçün təhlükəsizlik standartlarını yüksəldir və bütün hava məkanı istifadəçiləri üçün rahat və təhlükəsiz istifadəni təmin edərək yeni marşrut imkanları açır” – nazir əlavə edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər