2 C
Baku
Saturday, December 14, 2024

Rəşad Nəbiyev: “Taksidə qiymətlər birmənalı olaraq qalxacaq”

“Taksidə qiymətlər birmənalı olaraq qalxacaq”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

Nazir bildirib ki, dünyanın heç bir yerində bu qədər ucuz taksi xidməti yoxdur: “Təxminən ilin sonuna qədər 60-a yaxın qısa zolaqların çəkilməsi və istifadəsinin təmin edilməsini hədəfləyirik. Polis əməkdaşları ictimai nəqlyyatın getməsinə icazə verilən xətlərdən adi maşınların getməsinə pik saatlarda icazə verir. Amma buna yol verilməyəcək və vətəndaş özü də başa düşəcək ki, avtobuslardan istifadə etməklə A nöqtəsindən B nöqtəsinə daha tez gedə bilər”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər