-1 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan iqtisadiyyatı 2,2% böyüyüb

2019-cu ilin yanvar-may aylarında ölkədə 30 milyard 608,7 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Öncəki il bu rəqəm 29 milyard 294 milyon manat təşkil edirdi

Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

ÜDM istehsalının 46,0 faizi sənayenin, 9,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,4 faizi nəqliyyat və anbar təsərrüfatı sahələrinin, 5,9 faizi tikintinin, 3,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 14,4 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,3 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 3 099 manata bərabər olmuşdur.

Son xəbərlər
Digər xəbərlər