7 C
Baku
Sunday, December 15, 2024

Rəsmi: Azərbaycanda işçilərin 86%-i aylıq 1 000 manatdan aşağı əməkhaqqı alıb

Azərbaycanda iqtisadi fәaliyyәt növlәri üzrә 2021-ci ilin son ayında tam işlәmiş işçilәrә hesablanmış әmәkhaqqının ölçülәrinә görә bölgüsü açıqlanıb.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Azərbaycanda aylıq olaraq 1 700 manat üzərində əmək haqqı alan işçilər ümumi işçilərin 5%-ni təşkil edir.

Bu öncəki ildə 4.5% təşkil edirdi.

Ölkədə çalışanların ən böyük hissəsi, yəni 21.3%-i 250-300 manat əməkhaqqı alırlar.

Orta maaş sayılan 701-800 manatlıq aylıq əməkhaqqını isə əhalinin 4.9% alır.

2020-ci ildə ölkədə işçilərin 12.1%-i 1000 manat üzərində əməkhaqqı aldığı halda, cari ildə bu rəqəm 13.8% təşkil edir. Aylıq 1000 manatdan aşağı əməkhaqqı alan əhalinin payı isə 2020-ci ildə 87.9%, 2021-ci ildə isə 86.2% təşkil edib.

İşçilərin əməkhaqlarının həcminə görə bölgüsü %-lə
Əmək haqları 2020 2021
250 manatdan aşağı 3.2 2.5
250-300 23.3 21.1
301-350 10.4 10.1
351-400 8.9 8.9
401-450 7.8 7.9
451-500 7.7 7.2
501-600 9.1 9.7
601-700 6.2 6.8
701-800 4.9 5.2
801-900 3.7 3.9
901-1000 2.7 2.9
1001-1100 1.8 2.0
1101-1200 1.6 1.8
1201-1300 1.2 1.2
1301-1400 0.9 1.1
1401-1500 0.7 0.9
1501-1600 0.6 0.8
1601-1700 0.8 1.0
1701 manat vә yuxarı 4.5 5.0
Mənbə: DSK

 

Son xəbərlər
Digər xəbərlər