Bu ilin yanvar-sentyabr aylarında pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 4 mlrd. 910 mln. manat vəsait ödənilib.
Banker.az bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir.
Nazirlikdən verilən məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrünə nisbətən 10% və ya 440 mln. manatdan çox artım deməkdir.