Belarus sərhəddəki insidentlə bağlı Litvaya nota verib.
Bu barədə məlumatı Belarus XİN-in mətbuat katibi Anatoli Qlaz verib.
“Belarus tərəfi bu faktı planlaşdırılmış bir təxribat kimi qiymətləndirir və hadisənin Vilnüs tərəfindən düzgün araşdırılacağını, gələcəkdə bunun təkrarlanmaması üçün tədbirlər görüləcəyini gözləyir”, – A.Qlaz vurğulayıb.
Xatırladaq ki, ötən gün Litvadan Belarus ərazisinə 8 hava şarı buraxılıb. Belarus Müdafiə Nazirliyinin bugünkü açıqlamasında həmin şarların helikopter vasitəsilə zərərsizləşdirildiyi bildirilib. Elə həmin gün Litva XİN hava sərhədinin pozulması ilə əlaqədar rəsmi Minskə nota verib.