“Rəvan Sığorta” ASC-nin məsul aktuarisi dəyişib.
Bu barədə Reporta şirkətdən bildirilib.
Məlumata görə, indiyə qədər bu vəzifəni tutan İlahə Manafovanı Mirvari Ağayeva əvəz edib. M.Ağayeva bundan əvvəl hazırda ləğvetmə prosesində olan “Buta Sığorta” ASC-nin məsul aktuarisi vəzifəsində çalışıb.
Xatırladaq ki, “Rəvan Sığorta” şirkəti 1998-ci ildə “Double Insurance Company” kimi fəaliyyətə başlayıb, 2004-cü ildə adını “Star Alyans Sığorta”ya dəyişib, 2007-ci ildə isə yenidən rebrendinq edib. Onun nizanmamə kapitalı 8,9 mln. manatdır. Şirkətin səhmlərinin 49,1%-i şirkətin daxil olduğu “Nurgun Group” MMM-ə, 42,36%-i “Nurgun Motors” MMC-yə, 8,54%-i isə “NBC Bank” ASC-yə məxsusdur.