13 C
Baku
Tuesday, May 14, 2024

“Rabitəbank” mənfəət edib, gəlirləri kəskin artıb

“Rabitəbank” 2022-ci ilin 2-ci rübünü 5 milyon 161 min manat xalis mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə bankın mənfəəti 4 milyon 685 min manat təşkil edib ki, bu da illik müqayisədə 10.2% çoxdur.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

GƏLİRLƏRİ KƏSKİN ARTIB

Yanvar-iyun aylarında “Rabitəbank”ın gəlirləri 53 milyon 926 min manat (əvvəlki ilə nisbətən 39% çox), xərcləri isə 19 milyon 830 min manat olub.

KREDİT PORTFELİ BÖYÜYÜB

Bu ilin iyulun 1-nə bankın aktivləri 965 milyon 239 min manat olub. Ötən ilin sonunda “Rabitəbank”ın aktivləri 1 milyard 18 milyon manat təşkil edib. Bunun da 520 milyon 931 min manatı müştərilərə verilmiş kreditlərdir. Beləliklə, 6 ayda bankın kredit portfeli 18% böyüyüb.

KAPİTALI ARTIB

“Rabitəbank”ın 2-ci rübdə öhdəlikləri 6.3% azalaraq 860 milyon 615 min manat, kapitalı isə 5% artaraq 104 milyon 624 min manata çatıb. Bankın depozit portfeli 645 milyon 147 min manat olub ki, bunun 269 milyon 64 min manatı fiziki şəxslərin depozitləri, 376 milyon 83 min manatı isə hüquqi şəxslərin depozitləri təşkil edib.

r1

r2 r3

Son xəbərlər
 ⁠
Digər xəbərlər