13 C
Baku
Çərşənbə, Dekabr 8, 2021

“Rabitəbank”da yeni təyinat olub

“Rabitəbank” ASC-də yeni yaradılmış Biznesin inkişafı Şöbəsinə direktor təyin edilib.

Bu vəzifəyə Camid Mövsümov gətirilib.

O, bundan əvvəl “Qafqaz Lizinq”, “TCF” bank olmayan kredit təşkilatı (BOKT), “PAŞA Sığorta” ASC-lərdə işləyib, Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) İdarə Heyətində təmsil olunub.

Xatırladaq ki, “Rabitəbank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 48,5 mln. manatdır. Bankın səhmlərinin 23,98%-i Zakir Əlibala oğlu Nuriyevə (Bankın Müşahidə Şurasının sədri), 23,24%-i Aslan Tarqulu oğlu Xasiyevə, 22,12%-i Seyran Əlibala oğlu Nuriyevə (baş direktor), 18,83%-i Dilarə Nəsrəddin qızı Nuriyevaya, 11,34%-i Yaşar Feyzi oğlu Qurbanova (“Meqa Sığorta” ASC-nin 15%-lik səhmdarı), qalan 0,49%-i isə digər fiziki şəxslərə məxsusdur.

Mənbə:Report
Son xəbərlər
Oxşar xəbərlər
X