10 C
Baku
Thursday, December 12, 2024

Rabitəbank 2018-ci ildə 11 milyon manat ipoteka krediti verib! (R)

Əhalinin və inkişaf etməkdə olan bank bazarının tələbatlarına uyğun olaraq bütün müştəri seqmentlərinə yüksək səviyyədə xidmət göstərməyi qarşısına məqsəd qoymuş Rabitəbank ipoteka kreditlərinin verilməsi istiqamətində də lider banklardan birinə çevrilir.

Belə ki, 2018-ci ilin ilk 8 ayı ərzində Rabitəbank tərəfindən 11 milyon manat həcmində ipoteka kreditləri verilib, bu məbləğin 1 milyon manatını güzəştli şərtlərlə, 10 milyon manatını isə adi şərtlərlə verilən kreditlər təşkil edib.

Rabitəbank banklar arasında ən sərfəli şərtlərlə ipoteka kreditləri təklif edən banklardan biridir.  Bank güzəştli şərtlərlə verilən ipoteka kreditlərini cəmi 3.7%-dən başlayan, adi şərtlərlə verilən ipoteka kreditlərini isə cəmi 7%-dən başlayan illik faiz dərəcəsi və 15%-dən başlayan ilkin ödəniş şərtləri ilə 30 ilədək müddətə təklif edir. Şərtlər haqqında daha ətraflı məlumat əldə etmək, ipoteka ödənişlərini kredit kalkulyatoru vasitəsilə hesablamaq və onlayn qaydada ipoteka krediti sifariş etmək bankın 133 Məlumat mərkəzinə aid internet səhifəsinə keçid edə bilərsiniz: https://bit.ly/2N9vrbO

Qeyd edək ki, ipoteka kreditlərini Rabitəbankın Başı şəhərində fəaliyyət göstərən Mərkəz filialı, Nərimanov filialı, Nizami filialı və Yasamal filialı ilə yanaşı Sumqayıt və Gəncə şəhər filiallarından əldə etmək mümkündür.

 

Son xəbərlər
Digər xəbərlər