“Rabitəbank” 2025-cü ilin 1-ci rübünü 4 milyon 657 min manat mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə bankın mənfəəti 4 milyon 313 min manat olub ki, bu da illik müqayisədə mənfəətin 8% artması deməkdir.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
Ötən ilin yanvar-mart aylarında “Rabitəbank”ın cəmi gəlirləri 40 milyon 642 min manat, cəmi xərcləri 34 milyon 229 min manat olub. 2024-cü ilin 3 ayında bankın cəmi gəlirləri 40 milyon 347 min manat, cəmi xərcləri isə 31 milyon 962 min manat təşkil edib.
Bu ilin aprel ayının 1-nə “Rabitəbank”ın aktivləri 4% artaraq 1 milyard 198 milyon manata, kredit portfeli 3% böyüyərək 873 milyon 971 min manata çatıb.