Tenderin adı: “İri ticarət mərkəzlərində reklam stendlərinin icarəsi, qurulması, stenddə banka aid məhsulların reklamı”
Tenderin elan tarixi: 01.05.2026
Tenderin son tarixi: 05.05.2026, saat 13:00.
Rabitəbank tərəfindən Bakı şəhərində yerləşən iri ticarət mərkəzlərində reklam stendlərinin qurulması nəzərdə tutulur. Bununla əlaqədar olaraq, aşağıda qeyd olunan xidmətlərin təmin edilməsi istiqamətində qiymət təkliflərinin verilməsi istək olunur.
- Məkan və icarə məsələləri
- 28 Mall, Gənclik Mall, Crescent Mall və Dəniz Mall üzrə stend yerləşdirilməsi imkanları
- Hər bir məkan üzrə aylıq və ümumi (2-3 ay müddətinə) icarə qiymətləri
- Texniki və dizayn tələblərinin Pasha Malls tərəfindən müəyyən edilmiş standartlara uyğunluğu
- Stendin dizayn və istehsalı
- Kreativ və müasir dizayna malik reklam stendinin hazırlanması (materiallar, ölçü və s texniki şərtlər Mall-un tələblərinə uyğun)
- Gamer mövzusuna uyğun interaktiv elementlərin (oyun zonası və s.) nəzərə alınması
- İstehsal, quraşdırma və sökülmə xidmətləri daxil olmaqla ümumi qiymət
- Promoter xidmətləri
- Gündəlik fəaliyyət üçün promoterlərin təmin edilməsi
- 2 növbəli iş rejimi (Ticarət mərkəzinin açılış saatından-bağlanış saatına qədər fasiləsiz fəaliyyət)
- Promoterlərin geyimlərinin (uniforma) və badgelərinin hazırlanması
- Təlim və məhsul üzrə məlumatlandırma imkanları
- Əlavə xidmətlər
- Texniki dəstək (internet, elektrik, avadanlıqların işlək vəziyyətdə saxlanılması)
- Oyun və əyləncə zonası üçün avadanlıqların təmin edilməsi
- Lazım olduqda gündəlik nəzarət və koordinasiya xidməti
Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcək:
- İştirakçı şirkətin bu sahədə ən azı 2 il təcrübəsi və xidmət göstərdiyi şirkətlər bazasının təqdim edilməsi (referanslar)
- İşin icra müddəti qeyd edilməsi mütləqdir
- Tələblərə uyğun olan ən aşağı qiymətin verilməsi
Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:
- Tender təklifini təqdim edən şirkətin aidiyyəti sahə üzrə portfeli
- Hüquqi sənədlər (Nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
- Məxfilik müqaviləsi (Tenderdə iştirakını təsdiq edən şirkətlərə e-mail vasitəsilə göndəriləcək)
- Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
- Şirkətin son 1 il üzrə rəsmi maliyyə hesabatı (son1 il müddət ərzində təqdim edən şirkətlər verməsin)
- Şirkətin son 1 il üzrə vergi borcunun olmaması haqqında rəsmi arayış (son1 il müddət ərzində təqdim edən şirkətlər verməsin)
Təkliflərin qəbul edilməsi:
- Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır. Təkliflər imzalanmış və möhürlənmiş halda qapalı zərfdə yuxarıda qeyd edilən müddətədək (Bakı şəh., AZ 1010, 28 May küç. 33) ünvanına göndərilməlidir.
- Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər tender@rabitabank.com elektron ünvanına və ya (+99451) 271 48 48 nömrəsinə müraciət edə bilərlər.







