-3 C
Baku
Sunday, December 15, 2024

Rabitəbank biznes sahiblərinə manatla güzəştli kreditlər ayıracaq

Biznes kreditləri üzrə ölkənin qabaqcıl banklarından biri olan Rabitəbank sahibkarlara 8%-dan başlayan faiz dərəcəsi ilə kreditlər ayırmağı planlaşdırır.

Sahibkarların bizneslərini genişləndirmək məqsədilə Rabitəbank Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun dəstəyi ilə müştərilərə uzun müddətli və güzəştli şərtlərlə manat kreditləri təklif edir. 2018-ci-ildə Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu qeyri-neft sektorunun inkişafı və sahibkarları dəstəkləmək üçün kredit zəmanətlərinin verilməsini və faiz subsidiyalarına dair proseduru təsdiqləmişdir və Rabitəbank kredit zəmanətləri üzrə fondun müvəkkil bankı seçilmişdir. Yeni təsdiq olunmuş qaydalara əsasən Fond tərəfindən manatla alınan kreditlərə görə təminat veriləcək və faizlərin bir hissəsi Fond tərəfindən subsidiya formasında banka ayrılacaq. Nəticədə sahibkarlar Fondun zəmanət veridiyu kreditləri güzəştli faizlərlə əldə edə biləcəklər.

Fondla əməkdaşlıq çərçivəsində Rabitəbank biznes sahiblərinə manatla və aşağı faizlə 30.000 – 5.000.000 AZN aralığında məbləğdə kreditlər ayıra bilər. Bunun üçün sahibkar Rabitəbank-ın istənilən filialına müraciət etməklə və Fondun zəmanət verilməsi şərtlərinə uyğun gəlmələri barədə məlumat əldə bilərlər.

25 illik bank tarixinə sahib Rabitəbank ölkənin ən iri banklarından biri kimi 25 xidmət şəbəkəsi, 65 ATM ilə müştərilərin xidmətindədir. Bankın xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat almaq üçün www.133.az saytına daxil olmaq və ya Bankın 133 Məlumat mərkəzinə zəng etmək kifayətdir.

Son xəbərlər
Digər xəbərlər