11 C
Baku
Monday, November 25, 2024

Rabitəbank daha bir təcrübəli bank kadrını heyətinə qatır

Son dövrlərdə təcrübəli bank kadrlarını heyətinə qatan “Rabitəbank” ASC-nin direktor təyin edilib.

Banker.az xəbər verir ki, Mədətov Zamiq İntiqam oğlu 11 noyabr 2021-ci il tarixindən Mikrokreditlər departamentinin direktoru vəzifəsinə işə qəbul edilib.

O, Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə Kredit sahəsində bakalavr təhsili almışdır. Təhsilini 2005-2007-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və Kredit fakültəsində magistr təhsili alaraq davam etdirmişdir.

Oxşar yazı: Yeni sədrdən sonra “Rabitəbank” milyardlıq banka çevrilir

Zamiq Mədətov əmək fəaliyyətinə “Azərbaycan Mikromaliyyələşdirmə QSC Bankı”-da (sonradan rebrendinq edərək AccessBank oldu) Şagird Kredit Mütəxəssisi olaraq başlamış və burada Baş Kredit Mütəxəssis\Komanda Rəhbəri vəzifəsinədək yüksəlmişdir. Daha sonra “AccessBank” QSC-nin Biznes Bankçılıq Departamentinin Təlim və İnkişaf üzrə Meneceri kimi fəaliyyətini davam etdirmiş, Binəqədi filialının Müdiri vəzifəsində çalışmışdır.

2019-cu ilin iyul ayından etibarən ”Bank BTB ASC”-nin Kredit Departamentinin direktoru və daha sonra Korparativ Bankçılıq Departamentinin direktoru vəzifələrində çalışmışdır.

Son xəbərlər
Digər xəbərlər