12 C
Baku
Wednesday, December 11, 2024

Yeni sədrdən sonra “Rabitəbank” milyardlıq banka çevrilir

Azərbaycanın 28 yaşlı bankı “Rabitəbank” ASC-nin yeni sədri Aydın Hüseynovun gəlişindən sonra bankın maliyyə vəziyyəti müsbət istiqamətdə xeyli yaxşılaşdırılıb, milyardlıq banka çevrilir.

Bankın 2021-ci ilin III rübü üzrə maliyyə nəticələrində qeyd edilir ki, 1 oktyabr 2021-ci il tarixinə 906.87 milyon manatlıq aktivə malikdir. Aktivləri son üç rüb ərzində 75.95 milyon manat, yaxud 9.1% artım nümayiş etdirmişdir. Aktivlərində artımı dəstəkləyən əsas səbəb isə müştərilərə verdiyi kreditlərin 33.29 milyon manat (7.9%) artımla 456.63 milyon manata, qiymətli kağızların həcminin 29.7 milyon manat (33.4%) artımla 118.7 milyon manata çatdırmasıdır.

“Rabitəbank”ın öhdəlikləri son üç rübdə 9.6% artımla 802.74 milyon manata yüksəlib ki, burada da artıma səbəb müştərilərdən cəlb edilən vəsaitləridir. Belə ki, müştərilərdən cəlb edilən depozitlərin həcmi 13.9% artımla 621.95 milyona çatıb. Burada, 238.33 milyon manat fiziki və 383.61 milyon manat isə şirkət/təşkilatların depozitləridir.

GƏLİRLƏRİ ARTIR

“Rabitəbank” ASC-nin 2021-ci ilin yanvar-sentyabr aylarında 39.66 milyon manat faiz gəliri (illik:+16.5%), 9.87 milyon manat faiz xərci (+11.3%), 20.71 milyon manat qeyri-faiz gəliri və 34.1 milyon manat qeyri-faiz xərcləri (+59.5%) olmuşdur ki, bu da 16.39 milyon manat əməliyyat mənfəəti etməsi (+20.8%) deməkdir. Bank 9.76 milyon manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlar ayırdıqdan sonra xalis mənfəəti 6.63 milyon manata yüksəlib. Bir aktı da qeyd edək ki, öncəki ilin eyni dövründə 3.87 mln. manat xalis mənfəət əldə etmişdi.

Cari ilin ilk 9 ayındakı xalis mənfəətindən sonra bankın əvvəlki illərdən yığılıb qalan balansdakı zərəri 10.47 milyon manatdan 1 oktyabr tarixində 5.14 milyon manata qədər azalmışdır. Bankın cəmi kapitalı isə 1 oktyabr tarixində 104.12 milyon manat təşkil etmişdir.

Qeyd edək ki, 2021-ci ilin 3 may tarixində “Rabitəbank” ASC səhmdarları toplaşaraq, ölkədə tanınmış kadr və əvvəllər də bu bankda çalışan Aydın Hüseynovu sədr seçmişdilər.

Xatırladaq ki, “Rabitəbank” ASC 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101.3 milyon manatdır.

Bankın səhmlərinin 40.6 %-i Rauf Əliyevə (“Meqa Sığorta” ASC-nin 19 %-lik səhmdarı), 30%-i Validə Abbasovaya, 11.48 %-i Zakir Nuriyevə (Bankın Müşahidə Şurasının sədri), 9.11 %-i Dilarə Nuriyevaya, 7.6%-i Seyran Nuriyevə (Bankın Baş direktoru), 1.07 %-i Aslan Xasiyevə (Bankın Müşahidə Şurasının üzvü), 0.14 %-i isə 12 hüquqi şəxsə məxsusdur.

r 2 r1

Son xəbərlər
Digər xəbərlər