3 C
Baku
Saturday, December 14, 2024

Rabitəbank II rübü 10,6 milyon mənfəətlə başa vurub

®2024-cü ilin II rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə Rabitəbankın faiz gəlirləri 28,6 faiz artaraq 54 milyon 127 min manat, qeyri-faiz gəlirləri isə 18,3 faiz artaraq 26 milyon 254 min manat təşkil edib. Həmçinin depozit portfeli də 14 faiz artaraq 697 milyon 66 min manata çatıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə Rabitəbankın məcmu kapitalı 9 faiz artaraq 119 milyon 419 min manat təşkil edib.

Qeyd edək ki, Rabitəbankın təqdim etdiyi sərfəli nağd pul kreditini bankın istənilən filialından, “Rabita Mobile” tətbiqindən və bankın saytından əldə etmək mümkündür. Onlayn kredit sifarişi üçün: https://rbt.az/KREDIT-AL

“Rabitəbank” ASC 16 region və Bakı şəhəri də daxil olmaqla, ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

Son xəbərlər
Digər xəbərlər