“Rabitəbank” rebrendinqin keçirilməsini təxirə salıb. Banker.az İnterfax Azərbaycan-a istinadla bildirir ki, bu barədə bankın Müşahidə Şurasının sədri Zakir Nuriyev deyib.
“Hazırda biz bankın rebrendinqini planlaşdırmırıq”, – deyə o, bu gün jurnalistlərə bildirib.
Daha əvvəl verilən məlumata görə, bank 2018-2019-cu illərdə rebrendinq keçirməyi planlaşdırırdı.
“Rabitəbank” ASC 1993-cü ildə yaradılıb və aktivlərinin həcminə görə aparıcı bankların onluğuna daxildir.
Bankın səhmdarları 20-yə yaxın hüquqi və fiziki şəxsdir.