“Rabitəbank” ASC müşahidə şurasının 23 noyabr 2015-ci il tarixli 142 saylı qərarına əsasən 2016-cı il yanvarın 15-də bankın səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
Yığıncağın keçirilməsi, Bakı şəhəri, 28 May küçəsi 33 nömrəli ünvanda yerləşən bankın inzibati binasında, saat 17.00-a təyin edilmişdir. Yığıncağın gündəliyi:
1. 2016-cı maliyyə ilinin proqnoz büdcə planının təsdiqi.
2. Təşkilati məsələlər.