2 C
Baku
Saturday, December 14, 2024

Rabitəbank Visa ilə tərəfdaşlıqda Mobil POS xidmətini istifadəyə verdi!

®Hər zaman yeniliklərə açıq olan və innovativ həllər tapan Rabitəbank müştəriləri üçün Visa ilə tərəfdaşlıqda yeni Mobil POS ödəmə xidmətini təqdim edib. Belə ki, bundan sonra həm hüquqi şəxslər, həm də fərdi sahibkarlar mobil telefonlarından POS terminal kimi istifadə edə biləcəklər.

Mobil POS ənənəvi POS terminalı əvəz edərək, Android mobil cihazlarından təmassız ödənişləri qəbul etmək imkanını yaradan unikal xidmətdir. Mobil POS ödəmə həlli sayəsində sahibkarlar alış-veriş zamanı ödənişləri müştərilərdən NFC-ni dəstəkləyən mobil telefon, smart saat, fitnes qolbaq və ya digər NFC-ni dəstəkləyən cihazlarla nağdsız qəbul etmək imkanını əldə edəcəklər.

Mobil POS ilə əlavə cihaza ehtiyac qalmır. Bununla da cihazın həm şəbəkə, həm də enerji bitməsi təhlükəsi aradan qalxır. Həmçinin, ənənəvi POS-terminaldan fərqli olaraq Mobil POS-a qoşulmaq üçün depozit məbləği tələb olunmur.

Bu xidmət kimlər üçün nəzərdə tutulub? Rabitəbank-ın təqdim etdiyi Mobil POS ənənəvi POS terminallara əla alternativdir, xüsusən də mobillik və çevikliyə ehtiyacı olan sahibkarlar üçün:

  • İri çatdırılma şəbəkələri olan şirkət işçiləri (kuryer, taksi sürücüsü, yük daşıyan və s.)
  • Kiçik bizneslərə (bərbər, dərzi, aptek, ayaqqabı təmirçisi, kiosk, meyvə-tərəvəz mağazası)
  • Böyük idman və mədəniyyət tədbirlərində iştirak edən kiçik və orta biznes sahibləri
  • Nisbətən kiçik həcmdə kart əməliyyatlarını qəbul edən və POS əldə etməsi sərfəli olmayan mağazalar

Mobil POS xidmətinə qoşulmaq üçün müştərinin pos-terminal alınması üçün lazimi sənədləri banka təqdim etmək və tapXphoneRabita Business proqramlarını yükləməyi kifayətdir.

Mobil POS sifarişi qeydiyyata alındıqdan sonra müştərinin banka təqdim etdiyi mobil nömrəyə partnyorun veb portalına girişi üçün link və şifrə göndərilir. İstifadəçi adı xanasında müştərinin banka təqdim etdiyi mobil nömrə, şifrə xanasına isə bank tərəfindən müştəriyə sms vasitəsi ilə göndərilən şifrə daxil ediləndən sonra, müştəri bir sıra əməliyyatı banka müraciət etmədən icra edə bilər.

Qeyd edək ki, “Rabitəbank” ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

Son xəbərlər
Digər xəbərlər