6 C
Baku
Sunday, December 15, 2024

“Rabitəbank”da daha bir təyinat

Elşən Abdullayev “Rabitəbank” ASC-nin İcraçı direktoru (Biznes Bankçılığı üzrə)  vəzifəsinə təyin edilib.

O,  Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU)  Ümumi İqtisadiyyat sahəsində bakalavr təhsili alıb.

Qeyd edək ki, Elşən Abdullayev 2006-ci ildə əmək fəaliyyətinə “AccessBank” QSC-də başlamış, 2018-ci ildən “Bank Respublika” ASC-də, 2022-ci ilin fevral ayından isə “TuranBank” ASC-də davam etdirmiş. 13.10.2022-ci il tarixdən o, “Rabitəbank” ASC-də  Biznes bankçılığı departamentinin direktoru vəzifəsinə işə qəbul edilib.

Son xəbərlər
Digər xəbərlər