6 C
Baku
Sunday, December 15, 2024

Rabitəbankdan İT sahəsində təhsil almaq istəyən xanımlara şad xəbər

Rabitəbank #gücxanımlarda konsepti çərçivəsində İnformasiya Texnologiyaları sahəsində təhsil almaq istəyən xanımlara güzəştli kredit məhsulunu təklif edir. Kredit məhsulunun şərtlərinə əsasən təhsil məqsədləri üçün illik 14.9%-lə 60 ay müddətinə və heç bir komissiya ödəmədən xanımlar bu sərfəli kreditdən yararlana bilərlər.  

Kreditin verilməsi üçün tələb olunan minimal iş təcrübəsi cəmi 6 ay təşkil edir və güzəştli şərtlərdən yaralanmaq üçün  bankın istənilən filialına, www.133.az saytına, 133 qısa nömrəsinə və yaxud bu linkə keçərək online müraciət etmək kifayətdir.

Qeyd edək ki, bu kredit #gücxanımlarda konsepti çərçivəsində yalnız İT sahəsində təhsil almaq istəyən xanımlara verilir. Ətraflı məlumat əldə etmək üçün bu linkə keçid etmək kifayətdir.

25 illik bank tarixinə sahib Rabitəbank ölkənin ən iri banklarından biri kimi 23 filial və 2 şöbədən ibarət xidmət şəbəkəsi, 65 ATM ilə müştərilərin xidmətindədir. Bankın bütün xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat almaq üçün bankın 133 qaynar xəttinə aid  www.133.az saytına daxil olmaq və ya 133 Məlumat mərkəzinə zəng etmək kifayətdir.

Youtube link: 

https://www.youtube.com/watch?v=dc3_PfWCLJc&feature=youtu.be

Son xəbərlər
Digər xəbərlər