5 C
Baku
Saturday, December 14, 2024

“Rabitəbank”ın İdarə Heyətinə yeni üzv seçilir

“Rabitəbank” ASC-nin İdarə Heyətinə yeni üzv seçilir.

Belə ki, Ramil Nəsibovun adı da Bankın İdarə Heyətində yer alacaq. Bankdan Banker.az-a verilən məlumata görə o, yaxın vaxtlardan bu vəzifəyə təyin olunacaq.

Nəsibov Ramil Hüseyn oğlu 28 noyabr, 1981-ci ildə Gürcüstanda anadan olub. 2003-cü ildə Gürcüstan Texniki Universitetinin “İnformasiya Texnologiyaları və İdarəetmə” fakültəsini bitirib.

Yeni sədrdən sonra “Rabitəbank” milyardlıq banka çevrilir
“Rabitəbank”da yeni təyinat olub

Bank karyerasına 2004-cü ildə “Dəmir Bank” ASC-nin “İnformasiya Texnologiyaları” departamentində proqramçı olaraq başlamışdır. 2007-ci ilin aprel ayından həmin bankın “Strateji inkişaf” departamentinin “İT sistemlərinin inkişafı” şöbəsinin müdiri, 2011-2013-cü illərdə isə bankın “İnformasiya Texnologiyaları” Departamentinin direktor müavini vəzifəsində çalışmışdır. 2013-2017 illərdə “İRS Technology” MMC-nin İdarə Heyətinin sədri kimi fəaliyyət göstərmişdir. 2017-ci ilin yanvar ayından 2018-ci ilin mart ayınadək “Bank of Baku” ASC-də İT üzrə sahə direktoru vəzifəsində çalışmışdır.

2018-ci ildən etibarən “Rabitəbank” ASC-nin Baş direktoru (İnformasiya Texnologiyaları üzrə) vəzifəsində çalışırdı.

Son xəbərlər
Digər xəbərlər