16 C
Baku
Friday, April 26, 2024

“Rabitəbank”ın ipoteka kreditlərini 61% böyüdüb

“Rabitəbank” ASC 2020-ci ildə müştərilərə verdiyi kredit portfelinin həcmini 430.72 milyon manata qədər yüksəldib.

Banker.az bu barədə bankın illik audit hesabatına istinadən xəbər verir.

İllik müqayisədə 3.4% artmışdır.

“Rabitəbank”ın kredit portfelinin 251.59 milyon manatı korporativ müştərilərinə (illik müqayisədə cüzi azalıb),  179.14 milyon manatı isə fiziki şəxslərə verdiyi kreditlər olmuşdur. Bank fiziki şəxslərə verdiyi kreditlərin həcmini 2019-cu ilə nisbətdə 8.8% artırmışdır.

Son bir ildə korporativ kreditlərin payı 60%-dən 58%-ə düşdüyü halda, fiziki şəxslərə verdiyi kreditin payı 40%-dən 42%-ə qədər artım yaşayır.

KREDİTİ KİMƏ VERİB?

Hesabatı analiz etdikdə, fiziki şəxslər üzrə (f.ş.) bankın kredit portfelində ən pozitiv dinamika ipoteka kreditləri üzrə müşahidə edilir. 2020-ci il ərzində ipoteka kreditlərinin həcmini 40.96 milyon manatdan 66.05 milyon manata (61%) qədər yüksəlmə yaşayıb. İpoteka kreditlərinin pay bölgüsü 10%-dən 15%-ə qədər artmış olub.

Fiziki şəxslərə  verdiyi ikinci ən iri həcimi nağd kreditlərin həcmi isə 7.6%-ə qədər yüksəlməklə 59.23 milyon manat olub.

Bank mikro kredit bazarında tam mövqe qazana bilməyib. 2020-ci ilin əvvəlində 17.8 milyon manatlıq mikro kredit (f.ş. üçün) portfeli ilin sonu 7.4 milyon manata qədər, lombard krditlər 23.37 milyon manatdan 22.69 milyon manata, istehlak krediti 17.31 milyon manatdan 17.28 milyon manata, avtokreditlər 7.38 milyon manatdan 4.17 milyon manata, kredit kartları isə 2.78 milyon manatdan 2.31 milyon manata qədər azalma yaşayıblar.

Kreditlər üzrə ən çox ayırma korporativ krditlərdədir ki bu da 31.97 milyon manatı əhatə edir.

“İlin sonuna bank COVID-19 resturkzasiya proqramı çərçivəsinsə 30.89 milyon manatlıq krediti resturkturizasiya edib”- deyə məlumatda qeyd edilib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər