9 C
Baku
Friday, December 13, 2024

“Rabitəbank”ın rəhbərinin sabiq müavini yerli BOKT-lardan birinin rəhbərliyinə gətirilib

“Rabitəbank” ASC-nin İdarə Heyətinin sabiq sədr müavini Turan İsmayılov “Finoko” bank olmayan kredit təşkilatının (BOKT) baş direktoru təyin edilib.

T. İsmayılov bildirib ki, o, yeni iş yerində vəzifəsinin icrasına cari ilin avqust ayından etibarən başlayıb.

Qeyd edək ki, T. İsmayılov 2007-ci ildən yeni təyinata qədər “Rabitəbank”da çalışıb. O, “Rabitəbank”dan əvvəl “Parabank” ASC-də İdarə Heyətinin sədr müavini vəzifəsində və Almaniya – Azərbaycan Fondunda (GAF) məsləhətçi vəzifəsində işləyib.

T. İsmayılov “Xəzər” Universitetinin Maliyyə fakültəsini bitirib və ABŞ-ın Texas Texniki Universitetinin “Lawrence College”də təhsil alıb.

APA

Son xəbərlər
Digər xəbərlər

3 ŞƏRH

Comments are closed.