“Rabitəbank” ASC-nin Müşahidə Şurası üzvü olan Kamal Mədətov vəzifəsindən ayrılıb.
Banker.az-ın əldə etdiyi məlumata görə, onun yerinə bu bankda Audit Komitəsinin sədri olan Rəşad Abbasov təyin edilib.
Qeyd edək ki, Kamal Mədətov 2016-ci ildə üzv seçilmişdi. Hazırda Müşahidə Şurası isə sədr Zakir Nuriyev (ABA prezidenti) və Aslan Xasıyevdən ibarətdir.