1 C
Baku
Saturday, December 14, 2024

Bankın səhmdarlarının pay bölgüsü dəyişib

“Rabitəbank” ASC-nin səhmdarlarının pay bölgüsündə dəyişiklik olub.

Banker.az bu barədə Bankın illik maliyyə (audit) hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, “Rabitəbank”ın səhmlərinin 30%-nə nəzarət edən Validə Abbasova payını 27,04%-ə endirib, əvəzində Bankın səhmlərinin 7,6%-nə nəzarət edən Seyran Nuriyev payını 10,56%-ə çatdırıb.

“Rabitəbank”ın səhmlərinin qalan hissəsi əvvəlki qaydada Rauf Əliyevə (40,6%), Zakir Nuriyevə (11,48%), Dilarə Nuriyevaya (9,11%), Aslan Xasiyevə (1,07%) və 12 hüquqi şəxsə (0,14%) məxsusdur.

Səhmdarlardan R.Əliyev həm də “Rabitəbank”ın Müşahidə Şurasının üzvü və “Meqa Sığorta” ASC-nin 19%-lik səhmdarı, Z.Nuriyev Müşahidə Şurasının sədri, S.Nuriyev Bankın baş direktoru, A.Xasiyev isə Müşahidə Şurasının üzvüdür.

Xatırladaq ki, “Rabitəbank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101,3 milyon manatdır.

Son xəbərlər
Digər xəbərlər