23 C
Baku
Friday, April 26, 2024

Rada Ukrayna dilini yeganə dövlət dili kimi qəbul edib

Ali Radanın deputatları 25 aprel tarixində “Ukrayna dilinin dövlət dili kimi fəaliyyətinin təmin edilməsi haqqında ” yeni qanun qəbul ediblər.

Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.

Bu qanun Ukrayna dilinin digər dillər qarşısında müstəsna hüququnu gücləndirir. Qərar 278 deputat tərəfindən dəstəklənib. Qeyd edək ki, qərarın qüvvəyə minməsi üçün minimum olaraq 226 səs çoxluğu tələb olunur.

Sənədin müddəaları bütün vətəndaşların həyatın bütün sahələrində Ukrayna dilindən istifadə etməyə borclu olduqlarını nəzərdə tutur. Qanunun icrasına “dil müfəttişləri” nəzarət edəcəklər. Onlar hər hansı bir dövlət qurumunda görüşlərdə iştirak edə, ictimai təşkilatların və siyasi partiyaların sənədlərini tələb edə, həmçinin cərimə təyin edə biləcəklər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər