8 C
Baku
Tuesday, March 19, 2024

Ramiz Mehdiyev Elton Məmmədovu yeni vəzifəyə təyin etdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev 16 yanvar 2020-ci il tarixli sərəncamı ilə Elton Məmmədovu AMEA-nın İşlər idarəsinin müdiri təyin edib.

Texnika elmləri doktoru, professor Elton Məmmədov bu gün AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov tərəfindən Rəyasət Heyətinin kollektivinə təqdim edilib.

 

Tədbiri giriş sözü ilə açan Ə.Sadıqov çıxışında professor Elton Məmmədovun zəngin həyat və iş təcrübəsinə, elmi, elmi-təşkilati və pedaqoji fəaliyyətə malik olduğunu bildirib və onun yeni şəraitdə İşlər idarəsinin üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəyinə əminliyini ifadə edib, alimə yeni işində uğurlar arzulayıb.

Xatırladaq ki, 27 noyabr 2019-cu il tarixində akademik R.Mehdiyevin əmri ilə Elton Məmmədov AMEA-nın “Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru təyin edilib. 

Xatırladaq ki, keçmiş deputat Elton Məmmədov keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır.                                  Oxu.az

Son xəbərlər
Digər xəbərlər