16 C
Baku
Wednesday, May 8, 2024

Rayonlarda bağçaları bu şirkətlər yeməklə təchiz edəcək – 14 milyon manatlıq müqavilə

Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Məişət İst MMC və Sabko MMC ilə təxminən 14 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, Sabko MMC ilə olan müqavilədə 2024-cü il ərzində Mingəçevir şəhəri və Yevlax rayonunun ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması nəzərdə tutulur. Müqavilənin dəyəri 5 984 196.12 AZN-dir.

Məişət İst MMC ilə bağlanmış müqavilə 2024-cü il ərzində Bərdə, Ağcabədi və Tərtər rayonlarının ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınmasından ibarətdir. Bu müqavilənin məbləği isə 8 268 094.23 AZN təşkil edir.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər