Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Qax rayonunun prioritet inkişaf sahələri üzrə investisiya layihələrinin qəbuluna başlayıb.
Banker.az-ın məlumatına görə, işgüzar forumun yekununda SKMF startapların reallaşdırılması, bağçılıq, intensiv tütünçülük və arıçılıq təsərrüfatlarının, eləcə də balın sənaye emalı və qablaşdırılması, tütün emalı müəssisələrinin və qurudulmuş tütün anbarının saxlanması üçün anbarın yaradılması üzrə investisiya layihələrinin qəbuluna başlamaq məqsədə uyğun hesab edilib.
SKMF vəsaitlərinin istifadəsi qaydalarına uyğun olaraq sahibkarlar səlahiyyətli kredit təşkilatları vasitəsilə müraciət edə bilərlər.
Sahibkarların istəyinə uyğun olaraq kiçik layihələr bütünlüklə güzəştli kreditlər hesabına maliyyələşdirilə bilər.