Çin Xalq Respublikasının nəqliyyat naziri Li Tsiaopenin başçılıq etdiyi nümayəndə heyəti ilə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti arasında onlayn formatda görüş keçirilib.
Banker.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, Nazirlərin görüşündə Çinin böyük daşıma şirkətlərinin Azərbaycan üzərindən keçən tranzit marşrutuna dəstək verəcəkləri barədə razılıq əldə olunub.
Bununla yanaşı, iki ölkə arasında normativ-hüquqi bazanın təkmilləşdirilməsi barədə razılıq əldə olunub. Çinin nəqliyyat naziri Li Tsiaopen ölkəsinin Azərbaycanda həyata keçirilən infrastrukturun inkişafı, nəqliyyat və logistika layihələrinə dəstək verməyə hazır olduğunu qeyd edib.