10 C
Baku
Friday, December 13, 2024

“Reddit” istifadəçiləri gümüşün qiymətini səkkizillik maksimuma qaldırdılar

Bazar ertəsi günü gümüşün qiyməti 3 dollar səviyyəsini aşaraq 2013-cü ildən bəri ən yüksək həddə yüksəlib.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

“Reddit” istifadəçilərinin metal qiymətindəki enmədən faydalanmağa çalışan banklara dərs verməyə qərar verdikləri səylər sayəsində aktivin qiyməti daha da artır.

Verilən məlumata görə, mart fyuçerslərin qiyməti 11.47% artaraq bir unsiya üçün 30 dollara çatıb.

“Financial Time”in bildirdiyi kimi, gümüşün kəskin bahalaşması keçən həftə “Reddit” istifadəçiləri sayəsində baş tutub. Nəticədə, cümə günü “iShares Silver Trust” birjasına bir günə demək olar ki, 1 milyard dollarlıq aktiv daxil olub.

“Metals Daily” informasiya portalının direktoru Ross Norman “Financial Times” qəzetinə verdiyi müsahibədə “Reddit” istifadəçilərinin bu addımını mənfi qiymətləndirib.

“Bu, axmaq fikirdir, maliyyə anarxiyasıdır. Kimsə zərər çəkə bilər”, – deyə ekspert vurğulayıb.

“Commerzbank” analitikləri isə “pərakəndə investorları gümüşə təsirinin çox uzun sürməyəcəyini” düşünür.

Son xəbərlər
Digər xəbərlər