Video oyun mağazaları şəbəkəsi olan “GameStop” səhmləri Nyu-Yorkda 35% düşüb.
Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.
Xatırladaq ki, daha əvvəl “Reddit” forumundan olan investorlar sayəsində qiymət 5-6 dəfə qalxmışdır.
Fevralın 1-də Nyu-York fond birjasında keçirilən hərraclarda “GameStop” səhmləri 212 dollar səviyyəsinə çatmışdır. Bu, əvvəlki ticarət sessiyası (325 dollar) ilə müqayisədə 35% azdır.
Bakı vaxtı ilə saat 22:41-də olan məlumata görə, enmə 27.47%-ə qədər yavaşlayıb. Səhm 235.73 dollar qiymətində olub.
Daha əvvəl Uoll-Stritdəki investisiya şirkətləri “yox olmaqda olan” “GameStop” səhmlərinin düşməsinə bahis etsələr də, müəyyən nöqtədə “Reddit” platformasının istifadəçiləri onları şirkəti “suda boğmağa” çalışmasından şübhələniblər və kütləvi şəkildə səhmləri almağa başlayıblar. Nəticədə, 25 yanvarda Nyu-Yorkdakı auksionda “GameStop” səhmləri demək olar ki, 145% – 159.18 dollara qədər bahalaşıb. Sonrakı dövrdə böyümə 2021-ci ilin əvvəlindən 400-500%-ə çatıb.
Bir müddətdən sonra “Reddit”dəki “iğtişaşçılar” digər aktivlərə keçdilər. Onların diqqəti gümüş və kiçik kriptovalyutalar üzərində idi.
Nəticədə, sərmayəçilər gümüşün qiymətini səkkizillik maksimuma qaldırdılar. Qiymətli metalın qiyməti bir unsiya üçün 30 dolları keçdi.
Qeyd edək ki, “Reddit”in rəhbəri Stiv Haffman forum iştirakçılarının heç bir qaydanı pozmadığını bildirib. Platformanın səhmlərə təsirini isə rəhbər “Uoll-Stritin hər kəsə qarşı apardığı mədəniyyət müharibəsi” adlandırıb.