17 C
Baku
Tuesday, April 16, 2024

Redmi yeni “işgüzar” notebookunu təqdim edib

Redmi yeni notebookunu təqdim edib. 

Banker.az Türkiyə Mediasına istinadən xəbər verir ki, Redmi Çində təqdimat tədbiri təşkil edib. Tədbirdə yeni flaqman telefonları Redmi K40, Redmi K40 Pro və Redmi K40 Pro + ilə yanaşı, yeni RedmiBook Pro notebook-unu da təqdim edib.

Xüsusilə dizaynı və ekranı ilə diqqəti cəlb edən RedmiBook Pro, xüsusiyyətləri ilə daha çox işgüzar istifadəyə uyğun bir notebook olaraq ortaya çıxıb. 14 və 15 düym ekranlı satışa təqdim edilən RedmiBook Pro-da tək bir rəngdə təqdim olunub.

RedmiBook Pro

RedmiBook Pro-nun hər iki modeli üç fərqli versiyada mövcud olacaq. “RedmiBook Pro 14”  4 Mart tarixindən etibarən, “RedmiBook Pro 15” isə 15 martda satışa təqdim ediləcək.  

“RedmiBook Pro 14” 697dollara, “RedmiBook Pro 15” 774 dollardan satışa çıxarılıb.

 

Son xəbərlər
Digər xəbərlər