“Reebok” Rusiyadakı biznesini Türkiyənin “Flo Retailing” şirkətinə satıb, Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir. Türk qrupuna yaxın mənbələrin bildirdiyinə görə, sövdələşmə artıq bağlanıb. Ekspertlər hesab edirlər ki, “Reebok” biznesini üç dəfə aşağı qiymətə satıb.
“Flo” şirkəti 1960-cı illərin əvvəlində Əhməd Ziylan tərəfindən yaradılıb və 21 ölkədə fəaliyyət göstərir. Pərakəndə satıcı “Flo”, “Sport in Street” və “Reno” kimi ayaqqabı şəbəkələrini idarə edib. Şirkət həmçinin “U.S Polo Assn.”, “Kİnetix”, “Polaris”, “Nine West” və “LUmberjack” markalarına sahibdir.
“Reebok” 2005-ci ildən “Adidas” strukturunun bir hissəsidir. 2022-ci ilin mart ayında şirkət Rusiya bazarında fəaliyyət göstərən “American Authentic Brand Group”a 2.1 milyard avroya satılıb. Ümumilikdə, Rusiyada 117 “Reebok” mağazası fəaliyyət göstərir.
“İndi Rusiyada aktivləri satmaq olduqca çətindir. “Reebok” Rusiyada biznes maraqlarını qoruyan tərəfdaş tapıb”, – deyə mütəxəssislərdən biri vurğulayıb.
Rusiyadakı “Damat-Tween” şəbəkəsinin baş direktoru Emil Oruclu hesab edir ki, “Reebok” və “FLO” arasında sövdələşmə diskontla bağlanıb. Oruclu qeyd edib ki, brendin əvvəlki sahibi “Adidas” Rusiyadakı layihələrini uğursuz hesab edib.
Böyük pərakəndə satıcılar arasında olan həmsöhbət, Adidas, Nike, Reebok idman markalarının Rusiyaya çatdırılmasını dayandırdığını və səhmlərinin indi satıldığını etiraf edir.