27 C
Baku
Sunday, April 28, 2024

Regional Hüquq məsləhətçisi – KredAqro (Quba, Xaçmaz regionu üzrə)

Tələblər:

  • Hüquq sahəsində ali  təhsilinin olması;
  • Azərbaycan Respublikasının mülki, mülki-prosessual, əmək, inzibati hüququnun, vergi hüququnun əsaslarının bilməsi;
  • Mülki-hüquqi əqdlərin tərtib edilməsi sahəsində təcrübəsinin olması, onların bağlanması və rəsmiləşdirilməsi qaydasını bilməsi;
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilmək;
  • Yüksək qavrama və öyrənmə qabiliyyəti;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
  • Kompyuter bilikləri;
  • Bank sektorunda hüquqi işin, o cümlədən,  məhkəmə işlərinin aparılması  təcrübəsinə malik olan, Quba və Xaçmaz şəhərində yaşayan şəxslərə üstünlük verilir.

Əsas vəzifə öhdəlikləri

  • Məhkəmə, dövlət hakimiyyəti və idarəetmə orqanları, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Təşkilatı təmsil etmək yolu ilə onun hüquq və mənafelərinin müdafiə olunmasının təmin edilməsi;
  • Təşkilat tərəfindən verilən iddia və digər ərizələrin hazırlanması, Təşkilata qarşı verilən iddialar üzrə etirazların, mülahizələrin, çıxarılmış məhkəmə qərarları üzrə şikayətlərin hazırlanması;
  • Təşkilat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə müqavilələrin hazırlanması
  • Təşkilatın rəhbərliyi tərəfindən verilmiş tapşırıqlara müvafiq olaraq təşkilatdaxili normativ sənədlərin hazırlanması, sənədlərə dair hüquqi rəylərin verilməsi;
  •  İcra işləri üzrə İcra məmurları ilə işləmək;
  •  Rəsmi yazışmaları təmin etmək;

CV-ləri mövzu hissəsində müraciət etdiyiniz vəzifə göstərilməklə (Regional Hüquq məsləhətçisi, Quba-Xaçmaz)  [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər