Son dövrlər bank sektorunda baş verən dəyişikliklər haqqında dəfələrlə informasiya vermişdik. Hazırda bankların vaxtı keçmiş kreditlərinin həcmi durmadan artmaqdadır. Bunun əsasən mikro kreditlər bazarında özünü qabarıq şəkildə göstməsinə baxmayaraq, korparativ kreditlər bazarındada gecikmələrin həcmi kifayət qədər çoxdur – bunu PaşaBankın timsalında rahat görmək mümkündür.
Bankların çoxunun hazırda gücünü daha çox problemlərin həllinə yönəldiyidə sirr deyil. Bunun əsasən 2 səbəbi vardır : Bankarın gecikmədə olan portfelləri üzrə ehtiyatların ayrılması maliyyə cəhətdən banka sərfəli deyildir, əlavə olaraq, artıq verilmiş kreditlərdə faiz dərəcələri indikindən daha yüksək idi və bu banka daha çox gəlir gətirir. İkinci səbəb isə, hazırda kredit vermək həm maliyyə baxımdan daha az sərfəli, həmdə müştəri baxımdan kredit vermək daha çətin və risklidir.
İndiki durumda, bankların əsas konsentrasiya olduğu digər bir məsələ xərclərin optimallaşdırılmasından ibarətdir. Bu prosesdə ənənəvi olaraq ilk atılan addım adətən filial şəbəkəsinə yenidən baxılmadır. Bankçılıq təcrübəsinə əsasən , banklar bu və ya digər regionda filial açan zaman , adətən 1 il ərzində onun gəlirə çıxmasını proqnozlaşdırırlar . Kredit bazarının “münbit” olduğu zamanlar, banklar ziyanla işləyən filialları hətta bir neçə il saxlaya bilirdilər. Hazırda vəziyyət tam dəyişib və düşünürük ki banklar artıq ziyanı azaltmaq məqsədi ilə artıq belə filialları saxlamaqda maraqlı olan deyillər. Filial bağlamaları əsasən, daha çox gecikməsi olan , rayonda kreditə olan marağın zəifliyi və ya filialın bazarda öz yerini tuta bilməməsi faktorları üzərindən aparılması gözlənilir.
Əvvəlki yazılarımızda qeyd etmişdik ki, bundan sonra kredit almaq əvvəlki kimi rahat olan deyildir. Bu yazımızda , həmən fikrin davamı olaraq bildirirk ki, bu həmdə fiziki cəhətdən çətinləşəcək – çünki əvvəl hər hansı rayonda 10 yaxın bank filialı öz xidmətlərini təklif edirdisə, hazırda bu göstərici 4-5 banka enəcəyi gözlənilir.
Banker.az olaraq, filial azalmalarını daha çox Bakı şəhərində gözləyirik.Bakı şəhərində filialların azalma prosesi ilkin dövrdə 5%, növbəti dövrlərdə isə təxminən 9-10% yaxın olacaqdır. Digər böyük şəhərlərdə filial azalması daha nəzərə çarpacaq dərəcədə olacaqdır.
Filial bağlamasına getməyəcək banklardan Kapital Bank və Beynəlxalq Bank kimi nəhəng bankları göstərə bilərik. Bu iki bankın kreditləşmə metodologiyasının digər banklara nisbətən rəqabət üstünlüyünə malik olması, həmdə hər iki bankın maliyyə resurslarının genişliyi onlara daha uzun müddət rəqabət aparmaq imkanları verəcəkdir.