13 C
Baku
Friday, March 29, 2024

Regionlarda nağdsız hesablaşma üçün “əlçatanlıq” geriləyir

Nağdsız hesablaşmaların inkişaf hədəfində olduğu Azərbaycanda POS terminalların sayında azalma paytaxtdan daha çox regionlarda hiss olunmaqdadır.

Ölkədə POS terminalların sayı regionlarda cari ilin aprel ayında 27% azlmanın ardından, may ayında 6.3% azalıb.  Bu azalma regionlarda bizə məlum olan statiostikada bu qədər heç vaxt azalmayıb. Yalnız bu rəqəmə yaxın 2015-ci ilin devalvasiya baş tutduğu fevralda (22%) bir qədər böyük azalma baş vermişdi. Çünki, adicə son bir il içində yalnız regionlar üzrə statistikada müsbət dinamika ilə artırdı.

Bu azalma tempi paytaxt Bakıda baş versə də, azalma bir qədər zəif baş tutub. Məsələn, apreldə 16% və mayda isə 0.99% azalma baş verib.

Cari ilin 1 aprelində regionlarda POS terminalların sayı  27 764 ədəd  olduğu halda 1 mayda 20 357 ədədə, 1 iyunda isə 19 075 ədədə qədər azalıb, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat verib.

Məlumat üçün bildirək ki, regionlarda ən POS terminalların sayının rekord sayı 32 777 ədəd – 2016-cı ilin ilk ayında olmuşdu.

Bilirik ki, cari ilin aprelində 2 bank və ardından mayda da 2 bank lisenziyasına xitam verilib. Əlbəttə, bu bankların bağlanmasının təsiri ola bilər, lakin, bu qədər çox olmasına təsir təkcə bankların qaynaqlanmasından qaynaqlanmır. Regionlarda əksər hissəsində turizm subyektləri və bir sıra biznes subyektlərinin pandemiya səbəbindən təsirləndiyini ehtimal edə bilərik.

Cəmi olaraq ölkədə POS terminalların sayı 55 027 ədəddir.

 

Son xəbərlər
Digər xəbərlər