13 C
Baku
Tuesday, May 7, 2024

Reklama İntellektual Nəzarət Sistemi yaradılacaq

Açıq məkanda reklamla əlaqəli süni zəka tətbiq ediləcək, “Reklama İntellektual Nəzarət Sistemi” yaradılacaq.

Bunu Azərbaycan Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri Aydın İbadov deyib.

Onun sözlərinə görə, reklam yerləşdirilməsinə icazə alınmasının asanlaşdırılması məqsədilə mobil tətbiq hazırlanacaq.

A,ibadov açıq məkanda mövcud reklam qurğularının “Reklam Məlumat Mərkəzi”nin hazırlanaraq reklam yayıcılarının istifadəsinə veriləcəyi barədə də məlumat verib: “Reklam yayıcısı həmin sistemə daxil olmaqla onu maraqlandıran ərazidə bütün mövcud reklam daşıyıcıları haqda ətraflı məlumat almaq, istəyinə uyğun reklam daşıyıcısını seçmək və birbaşa həmin daşıyıcı üzərində reklam yerləşdirmək imkanı əldə edəcək. Bu layihənin həyata keçirilməsi reklam yayıcısının işini asanlaşdırmaqla yanaşı, həm reklam daşıyıcılarının qeydiyyatı sahəsində şəffaflığı təmin edəcək, həm də açıq məkanda reklam sahəsində fəaliyyət göstərən sahibkarların işini daha da stimullaşdıracaq”.

Sədr vurğulayıb ki, bu, şəhərlərin, kəndlərin, hətta küçələrin zahiri görünüşünün öyrənilməsi və həmin ərazilərdə yerləşdiriləcək reklam daşıyıcılarının estetik cəhətdən uyğun dizaynının hazırlanması layihəsidir: “Reklam daşıyıcısının yerləşdirilməsinə icazə verilərkən həmin daşıyıcının yerləşdiriləcəyi ərazinin zahiri görünüşünə uyğun hazırlanması tövsiyyə ediləcək, zəruri eskizlər təqdim ediləcək”.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər