21 C
Baku
Friday, April 26, 2024

REKORD: Azərbaycanda e-ticarətlə nağdsız ödənişlər ₼505 mln.-a çatır

Azərbaycanda 2021-ci ildə elektron ticarət ilə ödənişlərin ölkə daxilində həcmi yeni rekord yenilədi. Ölkə tarixində ilk dəfə aylıq e-ticarətlə ödənişlərin həcmi yarım milyard manatı geridə qoydu.

Banker.az Azərbaycan Mərkəzi Bankının 2021-ci ilin avqust ayı üçün təqdim etdiyi hesabata istinadən xəbər verir ki, son ayda 505 milyon manat həcmində e-ticarətlə nağdsız ödənişlər həyata keçib. Bu öncəki ayla müqayisədə 5%, son bir ildə isə 54% artım deməkdir.

Elektron ticarət ilə nağdsız ödəniş əməliyyatları 464 mln. manatı debet kartları, 41 milyon manatı isə kredit kartları ilə aparılıb. Debet kartları ilə əməliyyatların həcmi 4.74% artdığı halda, kredit kartları ilə 7.89% artmışdır.

Göstəricilərdə o da qeyd edilir ki, avqust ayı ərzində 8 milyon 314 min ədəd nağdsız e-ticarət əməliyyatı həyata keçib.

123123123

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər