“Bank Respublika” ASC tarixində ilk dəfə olaraq aktivlərinin həcmini bir qədər də artırmaqla 1 milyard manatı keçib. Bu hadisə 1 aprel 2019-cu il tarixində qeydə alınıb.
Banker.az bu barədə Bankın 2019-cu ilin ilk rübünə olan maliyyə hesabatına istinadən xəbər verir.
Hazırda bankın cəmi aktivləri 1,09 mlrd. manata yaxındır. Hazırda Azərbaycanda bu nəticə ilə aktivləri 1 mlrd. manatı keçən 5 bankdan biri olması deməkdir. Sıralama isə belədir: “Azərbaycan Beynəlxalq Bankı” (8,46 mlrd. manat), “PAŞA Bank” (4,65 mlrd. manat), Kapital Bank (3,58 mlrd. manat) və “Xalq” bankı (2,21 mlrd. manat). (ətraflı)
“Bank Respublika” ilin əvvəli ilə müqayisədə 11 faiz, ötən ilin analoji dövrü ilə müqayisədə (və ya illik) 47 faizlik artımla bu tarixi rekorduna qovuşub.
Bankın cəmi aktivlərinin böyüməsinə əsas təkan verən amillər aşağıdakı faizlə göstərilib:
Aktivləri | I rüb 2018 | I rüb 2019 | Dəyişmə |
Nağd vəsaitlər | 52,666.00 | 64,750.00 | 22.94% |
Müxbir hesablar | 340,691.00 | 497,194.00 | 45.94% |
Qiymətli kağızlar | 16,855.00 | 27,503.00 | 63.17% |
Maliyyə sektoruna kreditlər və depozitlərin xalis məbləği (məqsədli ehtiyatlar çıxılmaqla) | 31,978.00 | 77,084.00 | 141.05% |
Müştərilərə verilən kreditlər və lizinqlər | 248,027.00 | 360,559.00 | 45.37% |
Kreditlər üzrə məqsədli ehtiyatlar | 14,939.00 | 11,481.00 | -23.15% |
Müştərilərə verilən kreditlər və lizinqlərin xalis məbləği | 233,088.00 | 349,118.00 | 49.78% |
Amortizasiya çıxılmaqla əsas vəsaitlər | 30,001.00 | 37,716.00 | 25.72% |
İnvestisiyalar və maliyyə iştirakı (məqsədli ehtiyatlar çıxılmaqla) | 6,289.00 | 5,940.00 | -5.55% |
Digər aktivlər (məqsədli ehtiyatlar çıxılmaqla) | 27,525.00 | 26,733.00 | -2.88% |
CƏMİ AKTİVLƏR | 739,094.00 | 1,086,039.00 | 46.94% |
“Bank Respublika” ASC-nin cəmi öhdəlikləri ilin ilk rübündə 1,029 mln. manat və cəmi kapitalı isə 57,52 mln. manat təşkil edib.
Aktivlərinin böyüməsi ilə yanaşı, “Bank Respublika” cəmi faiz gəlirlərini də böyüdə bilib. Belə ki, bankın faiz gəlirləri 2019-cu ilin ilk rübündə 14,91 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 1,8 dəfə çoxdur.
Bununla belə bank yanvar-mart ayları ərzində 6,77 mln. manatlıq cəmi faiz xərci, 5,85 mln. manat qeyri-faiz xərci edib ki, bu da bankın əməliyyat mənfəətini 2,48 mln. manata çatdırması deməkdir.
Lakin, 1,75 mln. manatlıq ayırmalardan sonra bankın xalis mənfəəti cəmi 731 min manat təşkil edib.