10 C
Baku
Thursday, December 12, 2024

REKORD! Şirkətlərin banklardakı depozitləri 20 mlrd. manata çatdı

Azərbaycanda şirkətlərin banklardakı depozitlərinin həcmi tarixdə ilk dəfə 20 milyard manata çatıb.

Bu barədə Banker.az 1 sentyabr 2022-ci il tarixinə Azərbaycan Mərkəzi Bankının açıqlamasına istinad edir.

Söhbət burada mərkəzi idarəetmə və bələdiyyə idarəetmə orqanlarının depozitləri daxil olmadan, fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri daxil olmaqla aparılan statistikadan gedir.

Bildirilir ki, son bir ayda banklardakı şirkət depozitlərinin həcmi 4.3% artaraq 19 milyard 805 milyon manata çatıb.

Banklardakı depozitlərinin 2 milyard 403.2 milyon manatı müddətli, qalan 17 milyard 402 milyon manatı isə tələbli depozitlərdir. Müddətli depozitlərdən fərqli olaraq tələbli depozitlərin həcmi daha kəskin böyüyüb.

Müddətli əmanət –müvafiq müqaviləyə əsasən əvvəlcədən müəyyən edilmiş müddətə gəlirlərin əldə edilməsi məqsədi ilə yerləşmiş əmanət növüdür. Əgər əmanətçi pulu danışılmış müddətdən əvvəl götürmək istəyirsə  bank bu işdə ona əngəl olan deyil, amma bu zaman hesablanmış faizlər ləğv oluna bilər. Müddətli əmanətlərdə faiz dərəcələri daha yüksək olur.

Tələbli əmanət –müvafiq müqaviləyə əsasən müştərinin ilk tələbi ilə əmanət məbləğinin tam və ya bir hissəsinin dərhal müştəriyə verilməsini nəzərdə tutan əmanət növüdür. Burada faiz dərəcələri olduqca aşağıdır. Lakin siz istədiyiniz anda heç bir səbəb göstərmədən və yığılmış faizlərdə heç bir itkiyə yol vermədən öz pulunuzu hesabdan götürə bilirsiniz.

Son xəbərlər
Digər xəbərlər