7 C
Baku
Sunday, December 15, 2024

“Renault” çip çatışmazlığına görə istehsalı azaldır

Fransanın “Renault” şirkəti mikroçiplərin çatışmazlığı səbəbindən avtomobil istehsalını 300 min ədəd azaldacaq.

Bəzi məlumatlara görə, istehsal hətta 400 min avtomobil azaldıla bilər. Beləliklə, proqnoz son bir ay ərzində xeyli pisləşib – sentyabr ayında “Renault” 220 min avtomobil istehsalının azalacağını proqnozlaşdırıb.

İlin əvvəlində avtomobil istehsalçıları və digər şirkətlər mikroçip çatışmazlığı ilə üzləşib. “IHS Markit” araşdırma şirkətinin son proqnozlarına görə, qlobal çip çatışmazlığı səbəbindən avtomobil sənayesinin istehsal həcmi 2021-ci ildə təxminən 11 milyon ədəd azalacaq.

Xatırladaq ki, bazar ertəsi günü “Skoda”nın mikroçip çatışmazlığı səbəbindən avtomobil istehsalını 220 min ədəd azaldacağı məlum olub.

Son xəbərlər
Digər xəbərlər