“Renault-Nissan-Mitsubishi” 2030-cu ilədək 35 yeni elektromobil buraxacaq

“Renault-Nissan-Mitsubishi” alyansı 2030-cu ilədək 35 yeni elektromobil buraxacaq.

Vurğulanır ki, onların 90%-i beş əsas platforma üzərində qurulacaq. Ən ucuz modellər üçün “CMF-AEV”), yığcam  modellər üçün isə “CMF-BEV” (“Renault 5” və “Nissan Micra”nın varisi) platforması nəzərdə tutulur. Digər avtomobillər həmçinin “CMF-EV” və “LCV-EV” üzərində qurulacaq.

Bildirildiyi kimi, alyansın elektrik avtomobillər “Renault”un təqdim etdiyi proqram təminatını və “Google”un multimediya sistemini alacaq. Yeni modellərin buraxılış vaxtı hələ açıqlanmayıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər