6 C
Baku
Sunday, December 15, 2024

“Renault”un Rusiyadakı xalis zərəri açıqlanıb

Fransanın avtomobil istehsalçısı “Renault”un iyulun 29-da dərc olunmuş 2022-ci ilin birinci yarısı üçün hesabatına əsasən, Rusiyadakı fəaliyyətinin dayandırılmasından xalis itkini 2.3 milyard avro qiymətləndirib.

Banker.az bu barədə “İzvestiya”ya istinadən xəbər verir.

İyulun 12-də “Renault” Rusiyanı tərk etdikdən sonra qlobal satışlarının 2021-ci illə müqayisədə 29.7% azaldığını və təxminən 1 milyon avtomobil təşkil etdiyini bildirib.

İyunun 6-da məlum olub ki, Rusiyanın paytaxtında yerləşən keçmiş “Renault” zavodu “Moskviç” Moskva Avtomobil Zavodu adlandırılıb. İyunun 3-də hüquqi şəxslərin vahid dövlət reyestrində dəyişiklik edilib.

Son xəbərlər
Digər xəbərlər