14 C
Baku
Friday, May 17, 2024

Rendi Qeycin həyat hekayəsindən

Rendi Qeycin həyatı Amerika tarixində rast gəldiyimiz uğur qazanmış insanlar haqqında əhvalatların ən klassik modelinə aiddir. Belə ki, o adi qabyuyandan multimilyoner səviyyəsinə qədər yüksələ bilmişdir. Onun “Çoxsəviyyəli pul maşını necə düzəltməli” kitabı şəbəkə marketinqində uğur əldə etmək üçün başlıca dərs vəsaitlərindən biri hesab olunur. 

Rendi Qeyc hal-hazırda multi milyonerdir. Amma bu heç də həmişə belə olmayıb. 30 yaşına qədər o həyatda çox şey görməli olub və bir çox mürəkkəb situasiyalardan qalib kimi ayrılıb. Rendi biznesdə bir neçə sahəyə baş vurub, amma onun həyat yolunda dönüş yaradan məhz restoran biznesi olub. O bildirib ki, bir zamanları vergidən yayınmağa çalışıb, məhz bunun cəzası olaraq onun restoran biznesi bankrot olub. Restoranı satdıqda və bütün pulları vergilər nazirliyinə verdikdən sonra, onun hələ 50 min dollar borcu qalır. Məhz belə bir borc ilə Rendi onu milyonlar qazanmağa aparacaq inkişaf yoluna qədəm qoyub. Baxmayaraq ki, vəziyyət əlacsız və çıxışsız görünürdü, Rendi Qeyc təslim olmur. O, gündəlik yemək və qalmaq pulunu ödəmək üçün qabyuyan işləyir, pizza paylayırdı..

Bir dəfə Rendi Qeyc onun bütün həyatını kardinal şəkildə dəyişən bir biznes sahəsi ilə tanış olur. Biznes böyük miqdarda pul qoyuluşu tələb etmirdi, buna görə də hər bir adam  üçün əlçatan idi. Çoxsəviyyəli marketinqin ideyalarından və üstünlüklərindən istifadə edərək Rendi çoxlu pul qazana bilmişdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər