Amerikalı musiqiçi Kanye Uest müstəqil olaraq ABŞ prezidentliyinə namizədliyini irəli sürmək niyyətində olduğunu söyləyib. Banker.az xəbər verir ki, onun sözlərinə görə, bunun əsas səbəbi ölkənin hazırkı başçısı Donald Trampın Respublikaçılar Partiyasından olmasıdır.
“Tramp olmasaydı, namizədliyimi respublikaçı kimi irəli sürərdim. Lakin bunu müstəqil namizəd kimi edəcəyəm, çünki Tramp var”, – deyə Uest “Forbes” jurnalına verdiyi müsahibədə bildirib.
ABŞ prezidentliyinə namizədliyini irəli sürmək ideyası müsiqiçinin ağlına onun rep bəslədiyi zaman gəlib. Qeyd edildiyi kimi, Kanye Uest bu fikrini ilk dəfə 2015-ci ildə MTV Video Awards mükafatını aldığı dövrdə etiraf edib.